7 ayda 373 min “ASAN imza”

post-img

Dövlət Vergi Xidmətindən XQ-yə daxil olan məlumatda cari ilin yanvar–iyul aylarında 392 min 41 vergiödəyicisinə  598 min 775 növ xidmət göstərildiyi bildirilib.

Hesabat dövründə vergiödəyicilərindən daxil olan 20 mindən çox yazılı müraciət cavablandırılıb, onlara 7 milyondan çox məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Yanvar-iyul ayları ərzində 2 min 985 vergiödəyicisinin iştirakı ilə 186 görüş keçirilib, 3 min 147 ödəyiciyə ünvanlı xidmət göstərilib, onların mobil nömrələrinə 1 milyon 552 mindən çox məlumatlandırıcı SMS göndərilib.

Hesabat dövründə, ümumilikdə, 224 min 898 müraciət üzrə 372 min 398 “ASAN imza” sertifikatı verilib.

Son xəbərlər