Alman geyim və aksesuar istehsalçısı Hugo Boss Rusiya biznesini açıqlanmayan bir məbləğə topdansatış ortağı Stockmanna satıb.
“Biz təsdiq edə bilərik ki, bizim Rusiyadakı törəmə şirkətimiz Hugo Bossun ölkədəki uzunmüddətli topdansatış partnyorlarından birinə məxsus ASC Stockmann şirkətinə satılıb”, - deyə onlar bildiriblər.
Tərəflərdən heç biri sövdələşmənin maliyyə şərtlərini açıqlamayıb.
Rusiya Sənaye və Ticarət Nazirliyinin rəis müavini Viktor Evtuxov aprelin sonunda bildirib ki, hökumətin xarici investisiyalar üzrə alt komitəsi Hugo Boss Stockmannın Rusiya biznesinin satışına dair sazişi təsdiqləyib. Onun şərtlərindən biri bütün iş yerlərinin qorunması idi.
Hugo Boss Ukraynada hərbi əməliyyatların başlamasından qısa müddət sonra Rusiyadakı pərakəndə biznesini dayandırıb və alman istehsalçısı 2022-ci ilin martında mağazaları bağlayıb. Şirkət, həmçinin Rusiya bazarında elektron ticarət fəaliyyətini və reklamını dayandırıb.
Almaniyada Hugo Boss ən böyük geyim istehsalçılarından biridir. 2022-ci ilə kimi Hugo Boss Rus Moskva, Moskva vilayəti, Sankt-Peterburq və Rostov-na-Donda 19 mağazası fəaliyyət göstərirdi. 2023-cü ilin sonunda şirkətin gəliri 6,74 milyard rubl, zərəri isə 418,63 milyon rubl təşkil edib.
S.ELAY
XQ