Muxtar Babayev: COP29 Azərbaycan üçün böyük imkanlar yaradır

post-img

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycan üçün böyük imkanlar yaradır. Tədbirdə həm mövcud, həm də gələcək layihələri göstərmək ölkəmiz üçün böyük imkandır.

AZƏRTAC xəbər verir ki, bu sözləri COP29-un müəyyən edilmiş Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Azərbaycanda Yaşıl Tikinti” üzrə keçirilən dəyirmi masada söyləyib.

Nazir bildirib ki, COP29-a dünyada böyük maraq var. Ona görə də bu istiqamətdə yeniliklər əldə etmək mümkündür.

“Bakıda, Gəncədə və işğaldan azad olunmuş ərazilərdə nümunəvi tikinti işləri həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə tikinti sahəsində ölkəmizdə böyük yeniliklər tətbiq edilir. Son 5-6 il ərzində şəhərsalmada su təchizatının yaxşılaşdırılması, yaşıllıqların salınması istiqamətində inkişaf var”, - deyə nazir əlavə edib.

İqtisadiyyat