6 ayda 32 milyard manatlıq sənaye məhsulu

post-img

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin yanvar–iyun aylarında ölkədəki sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fər­di sahibkarlar tərəfindən 31,5 milyard manatlıq məhsul istehsal edilib.

Bildirilib ki, son 1 ildə neft-qaz sektorunda məhsul istehsalı 0,3 faiz, qeyri neft-qaz sektorunda isə 7,4 faiz artıb.

Sənaye məhsulunun 65 faizi mədənçıxarma, 29,2 fa­izi emal, 4,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi su təchizatı sektorla­rında istehsal olunub. Mədənçıxarma sektorunda əmtəə­lik qaz hasilatı isə 5,3 faiz yüksəlib.

İqtisadiyyat