Milli qızıl ehtiyatımız 4 qat zənginləşib

post-img

Prezident İlham Əliyevin milli maraqlara söykənən səmərəli iqtisadi siyasət kursunun uğurla həyata keçirilməsi nəticəsində dağ-mədən sənayesinin qeyri-neft-qaz sektorunda payı gündən-günə artır. Bu sahədə “AzerGold” QSC-nin fəaliyyəti xüsusi diqqət çəkir.

“AzerGold”un dağ-mədən sənaye­sinin inkişafı ilə bağlı qarşıya qoyulan vəzifələri uğurla gerçəkləşdirməsini ifa­də edən bəzi göstəricilərə nəzər salaq. QSC-dən redaksiyamıza bildirildiyinə görə, şirkətin 8 illik fəaliyyəti dövründə qiymətli metalların yerli və beynəlxalq bazarlarda reallaşdırılması ilə ölkə iq­tisadiyyatına mühüm töhfələr verib. Bu müddətdə “AzerGold” qeyri-neft-qaz sektoru üzrə ixracatçı dövlət subyekt­ləri sırasında ön pillələrdə qərarlaşıb. Səhmdar Cəmiyyət 441,326 unsiya qı­zılın, 919,244 unsiya gümüşün hasilatı­nı reallaşdırıb, eyni zamanda, 437,730 unsiya qızıl, 889,709 unsiya qızıl və gü­müşün yerli və beynəlxalq bazarlarda satışını həyata keçirib. Bu satış əməliy­yatları nəticəsində ölkə iqtisadiyyatına 1 milyard 274 milyon 95 manat vəsait cəlb edilib.

Qeyd edək ki, 2017-ci ildə “Çovdar” qızıl yatağında hasilat işlərinə başla­yan “AzerGold” QSC istismar işləri ilə paralel ətraf ərazilərdə – Daşkəsən və Göygöl rayonlarında əlavə kəşfiyyat iş­ləri də həyata keçirib. Nəticədə kəşf və tədqiq edilən yeni yataqların hesabına satıla bilən qızıl ehtiyatı 179 min unsiya­dan 778 min unsiyaya çatdırılıb. Bunun­la da “Çovdar” və cinahlardakı yataqlar üzrə ümumi satıla bilən qızıl ehtiyatı bazasının 4 dəfədən çox artırılmasına nail olunub.

Ötən illər ərzində müstəqil büdcə ilə qızıl mədənlərini uğurla istismara verən, illik 1 milyard manat dövriyyəsi olan dağ-mədən şirkəti olmaq yolunda inamla addımlayan “AzerGold” dövlətə vergi formasında 153 milyon 773 min 857 manat vəsait ödəyib.

İqtisadiyyat