Çinlə “Orta dəhliz” memorandumu imzalanıb

post-img

“Azərbaycan Dəmir Yolları” QSC-də Çin Xalq Respublikasının Szyansu əyaləti hökumətinin nümayəndə heyəti ilə görüş keçirilib.

Söhbət zamanı Orta Dəhlizə yeni yüklərin cəlb olunması, iki ölkə ara­sında qarışlıqlı əlaqələrin mövcud və gələcək inkişaf perspektivləri, hər iki tərəfi maraqlandıran aktual məsələlər, eyni zamanda, Azərbaycan ərazi­sindən keçən tranzit daşımaların Çin tərəfindən subsidiyalaşdırılması barə­də fikir mübadiləsi aparılıb.

Görüşün yekunu üzrə əməkdaşlığa dair memorandum imzalanıb. Memo­randum tərəflər arasında dəmir yolu nəqliyyatı sahəsində ikitərəfli əlaqələ­rin inkişafına və Orta Dəhliz üzrə daşı­maların həcminin artırılmasına xidmət edəcək.

Qeyd edək ki, Szyansu əyaləti ilə əməkdaşlıq çərçivəsində Çinin bu böl­gəsindən Azərbaycana ilk blok qatarı iyunun 20-də yola düşüb və yaxın gün­lərdə Bakıya çatacaq.

İqtisadiyyat