Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, 2024-cü ilin yanvar-may aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz artaraq 31 milyard 899,3 milyon manat və ya hər nəfərə orta hesabla 3 min 131 manat olub.
Qeyd edək ki, hesabat dövründə əhalinin sərəncamında qalan gəlirlər 27 milyard 941 milyon manat təşkil edib.