Bu ilin yanvar-may aylarında Azərbaycanda 3 milyard 352 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsinin məlumatıma görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz çoxdur.
Son bir ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 7,4 faiz artaraq 783 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 1,7 faiz artaraq 2 milyard 569 milyon təşkil edib.
Ölkədə kənd təsərrüfatı məhsullarının yığımına başlanılıb. İyunun 1-nə kimi tarlalardan 89 min ton taxıl, 160,2 min ton kartof, 429,4 min ton tərəvəz, 33,6 min ton meyvə və giləmeyvə, eləcə də 453,5 ton yaşıl çay yarpağı yığılıb.
5 ay ərzində diri çəkidə 230,8 min ton ət, 915,1 min ton süd, 983,5 milyon ədəd yumurta, 11,4 min ton yun istehsal olunub. Ötən ilin yanvar-may ayları ilə müqayisədə ət istehsalı 1,7 faiz, süd istehsalı 0,6 faiz, yumurta istehsalı isə 7,1 faiz artıb.