Tut yarpağı atlas olur

post-img

Ölkədə yaş barama tədarükü davam edir. İyunun 20-dək kümçülər tərəfindən tədarük məntəqələrinə 230 tondan çox yaş barama təhvil verilib.

Hər il olduğu kimi,  bu dəfə də Zərdab rayonu barama təhvilində birincidir. Belə ki, rayon kümçüləri tədarük məntəqələrinə 40 ton 481 kiloqram yaş barama təhvil veriblər. Məhsul tədarükünə görə Zaqatala (25 ton 226 kiloqram), Ağcabədi (21 ton 585 kiloqram) və Balakən rayonları da öndə gedir.

Xatırladaq ki, ölkədə yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülər yaş baramanı kiloqramı 5 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 6 manat subsidiya ödəyir. Ümumilikdə, fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 11 manat alır.

2024-cü ildə dövlət tərəfindən kümçülərə əvəzsiz olaraq 90 min qutu ipəkqurdu toxumu paylanıb. Builki mövsümdə Azərbaycanın 40 rayonunda, o cümlədən, Naxçıvan Muxtar Respublikasında yaş barama tədarükü aparılır.

XQ

 

İqtisadiyyat