4 minə yaxın daşınmaz əmlaka çıxarış verilib

post-img

Muxtar respublikanın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cari ilin yanvar–may ayları ərzində daşınmaz əmlak üzərində 3958 mülkiyyət hüququ qeydiyyata  alaraq çıxarışla təmin edib. Bu göstəricinin 1358-i və yaxud 34,3 faizi ilkin, 2600-ü və yaxud 65,7 faizi isə təkrar qeydiyyatın payına düşüb.

İlin ilk 5 ayı ərzində mülkiyyət hüququ qeydiyyata alınan əmlaklardan 1427-si fərdi yaşayış və bağ evi,  701-i mənzil, 1581-i torpaq sahəsi, 65-i qeyri-yaşayış binası, 170-i qeyri-yaşayış sahəsi, 13-ü isə əmlak kompleksidir.

XQ

 

İqtisadiyyat