Muxtar respublikada ÜDM istehsalı 2,2 faiz artıb

post-img

2024-cü ilin yanvar–may aylarında Naxçıvan Muxtar Respublikasında 535 milyon 488 min 900 manatlıq ümumi daxili məhsul istehsal edilib ki, bu da  əvvəlki ilin müvafiq dövründəki göstəricidən 2,2 faiz çoxdur. Bu barədə muxtar respublikanın Dövlət Statistika Komitəsindən məlumat verilib. 

Bildirilib ki, hesabat dövrü ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 1,6 faiz artaraq 1141,8 manat olub.

XQ

İqtisadiyyat