Qeyri-neft sektorunda istehsal 7 faiz artıb

post-img

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən cari ilin yanvar-may aylarında 26,2 milyard manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı 0,2 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 7 faiz artıb. Sənaye məhsulunun 64,7 faizi mədənçıxarma, 29,3 faizi emal, 5,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi, 0,9 faizi isə su təchizatı sektorlarında istehsal olunub. Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,7 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 4,1 faiz artıb.

Emal sektorunda tikinti materiallarının istehsalı 38,8 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 37,5 faiz, mebel istehsalı 36,6 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 36,5 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 31,3 faiz, əczaçılıq məhsullarının istehsalı 29,6 faiz, elektrik avadanlıqlarının istehsalı 22,2 faiz, kimya sənayesi məhsullarının istehsalı 5,1 faiz, qida məhsullarının istehsalı 4,1 faiz artıb.

 

İqtisadiyyat