Tacikistanın paytaxtı Düşənbə şəhərində 2018-2028-ci illər üzrə “Davamlı inkişaf üçün su” Beynəlxalq Onillik Fəaliyyətə dair III Yüksək Səviyyəli Beynəlxalq Konfrans keçirilib. Beynəlxalq tədbirdə Azərbaycanı kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Su ehtiyatları Agentliyinin məsul şəxsləri daxil olub.
Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən verilən məlumata görə, Tacikistan Prezidenti Emoməli Rəhmon tədbiri giriş sözü ilə açaraq bildirib ki, qlobal istiləşmə fonunda su ehtiyatlarından səmərəli istifadə mühüm çağırışlardan biri olaraq qalır. Son 5 ildə planetdə ən isti il və ayların müşahidə olunduğunu xatırladan Prezident əlavə edib ki, bununla yanaşı, hər il təbii fəlakətlərin ümumi sayında su ilə bağlı fövqəladə halların xüsusi çəkisi və dəymiş zərərin miqdarı da artır. Tacikistanın dövlət başçısı, həmçinin iqlim dəyişikliyinin su ehtiyatlarına mənfi təsirlərinin minimuma endirilməsi məqsədilə effektiv və təcili tədbirlərin görülməsi üçün müzakirə və qlobal əməkdaşlığın mühüm olduğunu diqqətə çatdırıb.
Prezident Emoməli Rəhmon bu ilin noyabrında Azərbaycanda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunacaq müzakirələrdə su resurslarından rasional və dayanıqlı istifadə etməklə bağlı mühüm nəticələrin əldə olunacağına əminliyini ifadə edib.
Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov son illər qlobal iqlim dəyişikliyi səbəbindən su ehtiyatlarının azalması nəticəsində kənd təsərrüfatı təyinatlı torpaqların suvarılmasında yaranan çətinliklərə toxunub. Azərbaycanın su və torpaq ehtiyatları məhdud olan ölkələrdən olduğunu vurğulayan nazir bildirib ki, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi və su təsərrüfatının təkmilləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. Azərbaycanda intensiv kənd təsərrüfatının formalaşmasına, o cümlədən müasir suvarma sistemlərinin tətbiqinə mühüm dövlət dəstəyi verilir. Nazir bildirib ki, bu sahədə fəaliyyəti əlaqələndirmək məqsədilə Prezident İlham Əliyevin sərəncamı ilə komissiya yaradılıb. Komissiya tərəfindən yeni çağırışlar nəzərə alınmaqla iqlim dəyişikliyinin su resurslarına təsirinin minimuma endirilməsi üçün mövcud su itkilərinin azaldılması, ölkədə su ehtiyatlarının artırılması, alternativ su ehtiyatlarının qiymətləndirilməsi və mümkün istifadəsi kimi 3 prioritet istiqamət müəyyən edilib. Tədbir iştirakçılarına Azərbaycanda sudan səmərəli istifadə ilə bağlı həyata keçirilən və planlaşdırılan tədbirlər barədə ətraflı məlumat verilib.
İqlim dəyişikliyinin təsirlərinin regional səviyyədə idarə olunmasının vacibliyini deyən nazir COP29 tədbirində su ehtiyatları sahəsində bütün təşəbbüslərin diqqət mərkəzində saxlanılacağını və bu istiqamətdə faydalı müzakirələrin aparılacağını vurğulayıb.
Tədbirdə su ehtiyatlarından səmərəli istifadə, su itkilərinin qarşısının alınması, təbii ehtiyatların davamlı istifadəsində innovasiya və rəqəmsallaşmanın rolu, bu istiqamətdə gələcək əməkdaşlıq istiqamətləri, davamlı inkişaf üçün su üzrə qlobal, regional və ölkələr səviyyəsində görüləcək işlər müzakirə olunub. Mütəxəssislər qlobal iqlim dəyişikliyinin su mənbələrinə təsirinin idarə edilməsi üçün su ehtiyatlarının sektorlar üzrə bölüşdürülməsi və dəqiq uçotunun aparılmasının, müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsinin aktual olduğunu vurğulayıblar.
Suyun hər damlası həyat iksiridir
- İqtisadiyyat
- 09:31 13.06.2024
- Oxunma sayı: 520
Açar sözlər:
Paylaş:
Dubaydan Bakıya COP magistralı
09:33 13.06.2024İqtisadiyyat
Dövlət satınalmaları elektronlaşdırılıb
11:59 25.12.2024Sığorta bazarı 10 faiz böyüyüb
11:58 25.12.2024“Elektron icazə” ilə ilk yükdaşıma
11:58 25.12.2024Neft Fondunun gəlirləri 15 milyard dolları ötüb
11:57 25.12.2024Şuşanın su şəbəkəsi yenidən qurulur
11:56 25.12.2024Ağdam Sənaye Parkının yeni rezidenti
11:56 25.12.2024Sağlam rəqabət bolluq və keyfiyyət amilidir
11:54 25.12.2024Azərbaycan neftinin qiyməti yenidən 75 dolları ötüb
10:05 25.12.2024-
- 12:16 25.12.2024
-
- 12:13 25.12.2024
-
- 12:11 25.12.2024
-
- 12:02 25.12.2024
-
- 11:59 25.12.2024
-
- 11:58 25.12.2024
-
- 11:58 25.12.2024
-
- 11:57 25.12.2024
-
- 11:56 25.12.2024
-
- 11:56 25.12.2024
-
- 11:54 25.12.2024
-
- 11:37 25.12.2024
-
- 11:35 25.12.2024
-
- 11:32 25.12.2024
-
- 11:27 25.12.2024
-
- 11:15 25.12.2024
-
- 10:58 25.12.2024
-
- 10:57 25.12.2024
-
- 10:57 25.12.2024
-
- 10:57 25.12.2024
-
- 10:56 25.12.2024
-
- 10:55 25.12.2024
-
- 10:54 25.12.2024
-
- 10:51 25.12.2024
-
- 10:49 25.12.2024
-
- 10:48 25.12.2024
-
- 10:47 25.12.2024
-
- 10:47 25.12.2024
-
- 10:46 25.12.2024
-
- 10:45 25.12.2024
-
- 10:43 25.12.2024
-
- 10:43 25.12.2024
-
- 10:42 25.12.2024
-
- 10:41 25.12.2024
-
- 10:40 25.12.2024
-
- 10:40 25.12.2024
-
- 10:39 25.12.2024
-
- 10:38 25.12.2024
-
- 10:38 25.12.2024
-
- 10:37 25.12.2024