3 ayda 1,7 milyard əsaslı yatırım

post-img

Cari ilin yanvar-mart ayları ərzində Azərbaycanda regi­onlar üzrə ümumi məhsul buraxılışı ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz artaraq (nominal ifadədə) 7,8 milyard manat təşkil edib.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, 2024-cü ilin ilk rübündə regionlara kredit qoyuluşu 18 faiz artaraq 5,6 milyard manata, əsas kapitala investisiyalar isə 1,7 milyard manata çatıb.

Qeyd edək ki, bu ilin ilk üç ayında regionlar üzrə inves­tisiyaların 68,6 faizi və ya 1 milyard 167 milyon 600 min manatından çoxu Qarabağ və Şərqi Zəngəzur iqtisadi ra­yonlarının payına düşüb.

XQ

İqtisadiyyat