İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, 2015-ci ildən 2024-cü ilin I rübünün sonunadək sənaye zonalarında 12,7 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, bunun da 4,1 milyard manatlıq hissəsi ixrac olunub.
Həmçinin cari ilin 1-ci rübündə sənaye zonalarında 640,3 milyon manatlıq satış həyata keçirilib ki, bunun da 223,6 milyonluq hissəsi ixracın payına düşür. Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 14,6 faiz, ixracında isə 28,2 faiz təşkil edib.
2013-cü ildən indiyədək sənaye zonaları üzrə ümumi investisiya həcmi 7,79 milyard manat olan 142 sahibkarlıq subyektinə rezident statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,7 milyard manatdan çox investisiya yatırılıb və 10500-dən çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 1 milyard manat investisiyanın yatırılması və 6500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub.
XQ