Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadə etməklə daha yüksək əlavə dəyərə malik aşağı karbonlu məhsul istehsalını gerçəkləşdirəcək.
Xatırladaq ki, 2023-cü ilin fevralın 2-də SOCAR ilə “ACWA Power” şirkəti arasında Azərbaycanda dənizdə və quruda külək, günəş və “yaşıl hidrogen” kimi bərpaolunan enerji, cari il aprelin 16-da isə “yaşıl gübrə” istehsalı ilə bağlı əməkdaşlıq sazişləri imzalanıb.
Şirkət hazırda Abşeron-Xızı regionunda ümumi investisiya dəyəri 345 milyon ABŞ dolları olan 240 meqavat gücündə külək elektrik stansiyası inşa edir.
XQ