Qeyri-neft-qaz sektorunun vergi ödəməsi 13 faiz artıb

post-img

2024-cü ilin yanvar–aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 6 milyard 657 milyon 339 min manat təşkil edib. Dövlət büdcəsinə proqnozdan əlavə 954 milyon manat vəsait daxil olub.

DVX-dən bildirilib ki, qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisə­də 13 faiz artaraq 4 milyard 523 milyon manata çatıb.

Məlumata görə, ödənilən vergilərin 67,9 faizi qeyri-neft-qaz sektorunun, 32,1 faizi isə neft-qaz sektorunun pa­yına düşüb.

XQ

İqtisadiyyat