BTC kəməri ilə  neft nəqli artıb

post-img

Bu ilin yanvar–mart aylarında Türkiyə ərazisi ilə Bakı–Tbilisi–Ceyhan (BTC) kəməri vasitəsilə 55 milyon 322 min barel neft nəql edilib ki, bu da əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə 1 faiz çoxdur.

Bu barədə Türkiyənin borularla nəqletmə operatoru olan “BOTAŞ” şirkəti məlumat yayıb. Bildirilib ki, 2023-cü ilin ilk rübündə BTC vasitəsilə Türkiyə ərazisi ilə 54 milyon 811 min barel neft nəql edilib.

Ötən il BTC kəməri vasitəsilə Türkiyə ərazisi ilə 228 milyon 811 min barel neft daşınıb ki, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 1,5 faiz çoxdur.

Xatırladaq ki, BTC kəməri ilə Azərbaycanın “Azəri–­Çıraq–Günəşli” yataqlarından hasil edilən neft idxal edilir. Bundan əlavə, kəmər vasitəsilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.

XQ

 

İqtisadiyyat