Bakı ötən il ən çox birbaşa xarici investisiya cəlb edən şəhərlərin siyahısında 3-cüdür

post-img

“Financial Times”ın “FDI Intelligence” nəşrinin 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin TOP100 reytinqinə görə, Bakı 3-cü yerdə qərarlaşıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat paylaşıb.

“Bu mötəbər nəticə Azərbaycandakı işgüzar mühitə beynəlxalq etimadın yüksək olduğunu bir daha təsdiq edir və fəal iqtisadi əməkdaşlıq üçün yeni stimullar yaradır”, - deyə M.Cabbarov məlumatda qeyd edib.

İqtisadiyyat