3 ayda 4 milyard manat vergi daxilolmaları

post-img

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirildiyinə görə,   2024-cü ilin yanvar-mart ayları ərzində qurumun  xəttilə dövlət büdcəsinə 4 milyard 281 milyon 505  min manat vergi daxil olub.

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz artaraq 2 milyard  914 milyon  manata çatıb.

Ödənilən vergilərin 68 faizi qeyri-neft-qaz sektorunun, 32 faizi isə neft-qaz sektorunun payına düşüb.

XQ

İqtisadiyyat