Dəniz və Liman Agentliyi beynəlxalq sertifikat alıb

post-img

Dəniz nəqliyyatı sahəsində səmərəli və effektiv idarəetmə sisteminin təkmilləşdirilməsi baxımından əhəmiyyətli bir mərhələ olaraq, Dövlət Dəniz və Liman Agentliyi (DDLA) yüksək beynəlxalq nüfuza malik “QSI Belgelendirme Muayene ve Test Hizmetleri Ltd Şti” tərəfindən aparılan müstəqil auditdən sonra ISO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi üzrə beynəlxalq uyğunluq sertifikatına layiq görülüb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Na­zirliyinin məlumatına əsasən, dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və sağlamlığının qo­runması, dəniz ətraf mühitinin müha­fizəsi, habelə dənizçilərin hazırlanması sahəsində tədbirlərin görülməsi, dəniz limanlarında fəaliyyətin dövlət tənzim­lənməsi və dəniz üzgüçülüyünün təh­lükəsizliyi ilə bağlı xidmətlər sahəsin­də fəaliyyətin keyfiyyətinin artırılması və davamlı inkişafın təmin edilməsi DDLA-nın qarşısında duran başlıca prioritet məqsədlərdəndir. Agentliyin beynəlxalq uyğunluq sertifikatına layiq görülməsi də bu istiqamətlər üzrə öz əhəmiyyətli töhfələrini verəcək.

Sertifikatın təqdimetmə mərasimin­də çıxış edən tərəflərin rəhbər heyəti bu əlamətdar hadisəni müsbət qiymət­ləndirərək yüksək keyfiyyət, səmərəlilik və məmnunluq göstəricilərini prioritet qəbul etməklə hazırlanmış standartla­rın daima yenilənməsi və tətbiqi üçün əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər.

XQ

İqtisadiyyat