İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə cari ilin yanvar-fevral aylarında dövlət büdcəsinə 3 milyard 156 milyon manat vergi daxil olub.
Qurumun bu barədə məlumatına görə, həmin göstəricinin 1,9 milyard manatdan çoxu qeyri-neft-qaz sektorundan toplanılıb ki, bu da 1 il əvvələ nisbətən 14,8 faiz artım deməkdir.
XQ