2 ayda vergi daxilolmaları 3 milyard manatı keçib

post-img

Bu ilin yanvar–fevral aylarında İqtisa­diyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 3 milyard 156,6 milyon manat vergi daxil olub. Qurumun bununla bağlı məluma­tına görə, həmin vəsaitin 1,9 milyard manatdan çoxu qeyri-neft-qaz sekto­rundan toplanılıb. Bu isə 1 il əvvələ nis­bətən 14,8 faiz çoxdur.

Regionlarda da vergi yığımı artıb. İqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib ki, 2023-cü ildə Azərbaycanın region­larında vergi yığımı 2022-ci illə müqa­yisədə 11 faiz çox olub. Onun sözlərinə görə, ötən il regionlardan 1,5 milyard manat vergi yığılıb.

XQ

İqtisadiyyat