İstehlakçılara qaytarılan vəsait 6 dəfə artıb

post-img

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən sahibkar-istehlakçı münasibətlərinin inkişafına yönəlmiş maa­rifləndirmə tədbirləri istehlakçı hüquqlarının müdafiəsi sahəsinə öz müsbət töhfəsini verir.

Bununla bağlı adı çəkilən Dövlət Xidmətindən bildirilib ki, cari ilin yanvar ayında təmin olunmuş müraciətlər üzrə istehlakçılara sahibkarlıq subyektləri tərəfindən 96 min 643 manat vəsait qay­tarılıb. Ötən ilin analoji dövrü ilə müqa­yisədə bu il 6 dəfədən çox artım qeydə alınıb.

XQ

İqtisadiyyat