AÇG və “Şahdəniz”də hasilat 3,5 faiz yüksəlib

post-img

Cari ilin yanvar–fevral aylarında ölkədə 4,8 milyon ton neft (kondensatla birlik­də) hasil edilib. Bununla bağlı Energetika Nazirliyindən verilən məlumatda neft hasilatının 2,7 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,7 milyon tonu (kondensat) “Şahdəniz”in, 96 min tonu (kondensat) “Abşeron” yatağının payına düşdüyü, həmçinin SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatının 1,3 milyon ton təşkil etdiyi bildirilib. 

İki ay ərzində 3,9 milyon ton neft (kon­densatla birlikdə) ixraca yönəldilib. Bunun 3,4 milyon tonu konsorsiumun, 0,5 milyon tonu isə SOCAR-ın payına düşüb.

Qeyd edək ki, “Azəri-Çıraq-Günəş­li” və “Şahdəniz” yataqları istismara ve­riləndən cari il martın 1-dək (kondensatla birlikdə) ötən ilin müvafiq dövrü ilə müqa­yisədə 3,5 faiz artımla 632,7 milyon ton neft hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz artımla 587,5 milyon ton neft, “Şah­dəniz”dən isə 10,2 faiz artımla 45,2 mil­yon tona yaxın kondensat çıxarılıb. Bun­dan 630,7 milyon tonu ixraca nəql edilib.

Cari ilin yanvar-fevral aylarında ölkə­də neftin emalı ötən illə eyni səviyyədə, yəni 1,1 milyon tona yaxın təşkil edib.

XQ

İqtisadiyyat