Bitkoin tarixdə ilk dəfə 71 min dolları ötüb

post-img

Ticarət məlumatları göstərir ki, bitkoinin qiyməti tarixdə ilk dəfə 71 min dolları keçib. Moskva vaxtı ilə saat 10:36-a olan məlumata görə, bitkoin 71,1 min dollara qədər bahalaşıb. Moskva vaxtı ilə saat 10:50-də bitkoin artımını sürətləndirib və 71,2 min dollara yüksəlib.

20-dən çox birjanın orta qiymətini hesablayan "CoinMarketCap" platformasının hesablamalarına görə, bitkoinin dəyəri gündə 1,48% artıb. Əvvəlki mütləq maksimuma martın 5-də – 69,2 min dollar çatmışdı. Bundan əvvəl isə bitkoinin məzənnəsi 2021-ci il noyabrın 10-da rekord həddə – 68,9 min dollara yüksəlmişdi.

Bitkoin məzənnəsi yanvar ayının sonundan — 22 yanvardan daha 39,5 min dollara qədər bahalaşmışdı. Mütəxəssislər ilin sonuna qədər bitkoin dəyərinin 100 min dollara qədər artacağını gözləyirlər. Artımın əsas səbəbi yanvar ayında ABŞ Qiymətli kağızlar və Birja Komissiyasının bitkoin ilə bağlı qəbul etdiyi qərardır. 

S.ELAY

XQ

 

İqtisadiyyat