Mərkəzi Asiyanın bərpaolunan enerjisini ölkəmiz nəql edəcək

post-img

Energetika naziri Pərviz Şahbazov Qazaxıstana səfəri çərçivəsində həmkarı Almasadam Satkaliyev ilə görüşüb. P.Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bu barədə bildirib. 

“Astanada həmkarım Almasadam Sat­kaliyev ilə səmərəli görüşümüz oldu. BTC neft boru kəməri ilə Qazaxıstan neftinin nəqlinin tədricən artırılması, Mərkəzi Asi­yadan “yaşıl enerji”nin Azərbaycan vasitə­silə ixracı üçün müvafiq tədbirlərin görül­məsi, nazirliklər arasında enerji sahəsində strateji tərəfdaşlığa dair saziş layihəsinin hazırlanması məsələlərini müzakirə etdik” – Pərviz Şahbazov qeyd edib.

XQ

İqtisadiyyat