İqlim dəyişikliyi: günün “Damokl qılıncı”

post-img

London Kral Kollecinin iqtisadiyyat professoru Gülçin Özkan Azərbaycan mediasına müsahibəsində iqlim dəyişikliyinin dövlətlərin iqtisadi rifahına birba­şa təsir göstərdiyini bildirib və kənd təsərrüfatı isteh­salının azalmasının dünyanı qlobal ərzaq böhranına apardığını və inflyasiyanın yüksəlməsi ehtimalını ar­tırdığını qeyd edib. 

Ekspert daha son­ra vurğulayıb ki, son illərdə ekstremal təbiət hadisələri adi hala çev­rilib. Məsələn, daşqın, qasırğa və quraqlıqla­rın sayı çoxalıb, hətta yoluxucu xəstəliklərin yayılma arealı geniş­lənib. Belə sarsıntılar iqtisadi itkilərə, istehsal prosesləri­nin zəifləməsinə və nəticədə gəlirlərin azalmasına səbəb olub.

Onun sözlərinə görə, anomal isti və soyuq havalar nəticəsində enerji resurslarına tələbat arta bilər ki, bu da qiymətlərin bahalaşmasına və ümumilikdə, inflyasiyanın artmasına səbəb olacaq. İqlim dəyişikliyinə ən çox mə­ruz qaldıqları üçün ən az inkişaf etmiş ölkələr daha çox zərbə alacaq. Mövcud araşdırmalara görə, Afrika və Cə­nub-Şərqi Asiyanın müəyyən hissələri ən həssas bölgələr kimi bu cür ziyanla üzləşəcək. 

XQ

İqtisadiyyat