Bakıda COP28-in uğuru qorunacaq

post-img

ABŞ-ın Enerji Resursları Bürosunun dövlət ka­tibi köməkçisinin müavini Kimberli Harrinqton Cə­nub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında iştirak etmək üçün Bakıya səfəri zamanı mediaya müsahi­bəsində bildirib ki, COP29-un əsas prioritetlərindən biri COP28-də əldə edilən tərəqqinin qorunmasıdır. COP28 konfrans iştirakçıları 2030-cu ilə qədər bərpa­olunan enerjidən istifadəni 3 dəfə, 2030-cu ilə qədər enerji səmərəliliyini isə 2 dəfə artırmaq kimi bir sıra zəruri öhdəliklər götürüblər. Təbii ki, həmin konfrans liderlərin gələcəkdə qalıq yanacağından tamamilə im­tina etməsi öhdəliyini üzərinə götürdəkləri ilk nüfuzlu tədbir oldu.

Beləliklə, 1,5 dərəcə hədəfi əldə etmək üçün hələ çox iş görməliyik. COP28 bizi buna bir addım da yaxınlaşdırır. Onu da deyərdim ki, COP 29-a evsahibliyi edən ölkə kimi Azərbaycanın metan tullantıları ilə mübarizədə dünyaya kömək etmək üçün böyük imkanları var. 

K.Harrinqton əlavə edib ki, metan iqlim dəyişikliyinə təkan verir. CO2-dən 80 faiz daha səmərəlidir. Onun iqlim dəyişikliyinə təsiri əhəmiyyətlidir. Bununla belə, metan CO2 qədər atmosferdə qalmır. Həqiqətən də, 1,5 dərəcə hədəfi saxlamağa çalışmaq şansı var. 

“Təbii ki, metan təkcə neft-qaz sektorundan deyil, digər sektorlardan da gəlir. Bununla belə, metan tullan­tılarının azaldılmasına gəldikdə, buna nail olmaq üçün ən asan yer neft-qaz sektorudur. Çünki reallıqda metan tullantıları bir çox cəhətdən israf edilmiş resursdur. Bu təbii qazdır, ya məşəldə yandırma, ya da emissiyalar vasitəsilə havaya buraxılan bir mənbədir. Doğrudan da, bu, israf edilmiş iqtisadi resursdur”, – deyə K.Harrinqton fikrini tamamlayıb.

XQ

İqtisadiyyat