Nizami Gəncəvi Beynəlxalq Mərkəzi mart ayının 14-16-da Bakı şəhərində “Parçalanmış dünyanın bərpası” (“Fixing The Fractured World”) mövzusunda 11-ci Qlobal Bakı Forumunu təşkil edəcək. Forumun işində iştirak etmək üçün dünyanın 70-dən çox ölkəsindən 80-dən çox ölkə və hökümət başcısı olmaqla 300-dən çox qonaq paytaxtımıza gələcək. Tədbir çərçivəsində COP28-in nəticələri və COP 29-a hazırlıq məqsədi ilə qlobal müzakirələr keçiriləcək.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 26-cı sessiyasının (COP26) Prezidenti Alok Şarma, COP21-in Vitse-prezidenti xanım Hakima El Hatie, COP20 Prezidenti Manuel Pulgar Vidal, COP28 Məsləhət Komitəsinin üzvləri Françesko La Kamera, xanım Maria Fernanda Espinosa və Olafur Qrimson foruma qatılacaq şəxslər arasında olacaqlar.
Beynəlxalq arenada COP üzrə tanınmış ekspertlər – Finlandiyanın sabiq Prezidenti xanım Tarya Halonen, BMT Baş Assambleyasının 77-ci Prezidenti Ksaba Korosi, Dünya Bankının sabiq Vitse-prezidenti və Mərkəzin həmsədri Dr. İsmail Səragəldin, Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatları üzrə Məşvərət Qrupunun icraçı direktoru İsmihan Elouafi, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktor müavini Najat Moxtar tədbirdə iştirak edəcəklər.
XQ

