60 MVt-lıq 2 stansiya qurulacaq

post-img

Bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində 760 MVt-lıq 2 stansiyanın təməli qoyulacaq.

Bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki he­sabında bildirib.

“Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası nazirlərinin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 2-ci ic­lası çərçivəsində Birləşmiş Ərəb Əmirlik­lərinin enerji və infrastruktur naziri Süheyl Məhəmməd əl-Məzrui ilə karbohidrogen və bərpa olunan enerjinin istehsalı-ixracı sahələrində regional əhəmiyyətli əmək­daşlığımıza dair səmərəli müzakirələri­miz olub. COP29 ərəfəsində 760 MVt-lıq 2 stansiyanın təməlini qoymağı razılaş­dırdıq”, – deyə nazir qeyd edib.

XQ

İqtisadiyyat