*Azərbaycanın şərabçılıq turizmi üzrə imkanları İtaliyada nümayiş olunur*

post-img

Azərbaycanın qastroturizm və enoturizm imkanlarının təbliğatının bir hissəsi olaraq icma əsaslı şərabçılıq ənənələri İtaliyanın Boloniya şəhərində keçirilən “Slow Wine” yarmarkasında təmsil olunur.

"Slow Food" hərəkatının tərkib hissəsi kimi “Slow Wine” hər bir şərab bölgəsinin unikal üzüm sortlarının xüsusiyyətlərini əsas götürərək mədəni və bioloji müxtəlifliyi, ətraf mühitə təsirlərin azaldılmasına, dayanıqlı istehsala və aqroekoloji təcrübəyə əsaslanan ənənələrin qorunmasını təbliğ edir. 

1000-dən çox şərabçı və şərab zavodu nümayəndəsinin, o cümlədən 10 mindən çox ziyarətçinin iştirak etdiyi yarmarkada ölkəmizi “Slow Wine” tələblərinə uyğun şəkildə istehsalı həyata keçirən “F.A. Valley” və “Meyvi Spirits” şərab istehsalçıları təmsil edirlər.

Yarmarka zamanı şərabların dequstasiyası üçün milli istehsal nümunələrindən olan biomüxtəliklik məhsulları qonaqlara təqdim edilir.

Azərbaycan Respublikasının İtaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov milli stendi ziyarət edib və təqdim edilən məhsullarla yaxından tanış olub.

Azərbaycan Turizm Bürosunun Baş icraçı direktorunun müavini Rəşad Əliyev "İcma üzümləri: yerli üzüm sortlarının gücləndirilməsi və şərab turizmi" mövzusunda olan panel müzakirələrdə çıxış edərək Mədrəsə üzüm sortunun timsalında unikal yerli üzüm sortları üzərində aparılan işlər haqqında məlumat verib.

Tədbir çərçivəsində, həmçinin "Slow Wine" şəbəkəsinin rəhbəri Ludoviko Rokatello ilə işgüzar görüş keçirilərək beynəlxalq təcrübənin öyrənilməsi və ökəmizdə bu sahədə həyata keçirilməsi planlaşdırılan işlər haqqında fikir mübadilə aparılıb.









İqtisadiyyat