Qızıl oğurlayan qadın tutulub

post-img

Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 16-da rayon ərazisində yerləşən ticarət mərkəzində piştaxtadan 1430 manat dəyərində qızıl üzük oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.

Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə oğurluğa görə axtarışda olan Xəyal Səfərov saxlanılıb.

Araşdırmalarla onun müxtəlif vaxtlarda Pirşağı qəsəbəsi ərazisində iki evdən ümumilikdə 1200 manat pul, 4700 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlaması müəyyən olunub. 

P.ƏMİRCANOV
XQ

Sosial həyat