Atıcılarımızdan Avropa çempionatında 2 medal

post-img

Azərbaycan atıcıları Macarıstanın Dyör şəhərində keçirilən Avropa çempionatında və Qətərin paytaxtı Dohada təşkil olunan Əmir Qran-prisində uğurla çıxış ediblər. 

Atıcılarımız Leyli Əliyeva və Vladislav Kalmıkov qitə birinciliyində 10 metr məsafə üzrə güllə atıcılığı yarışında bürünc medal qazanıblar. 

Komandamızın digər üzvü Aylin Quliyeva isə Qran-pri turnirində səngər stendi üzrə yarışda 2-ci yeri tutub. 

Leyla SABİRQIZI 
XQ

İdman