Balaxanıda yeni zavod

post-img

“Təmiz Şəhər” ASC-nin təsərrüfat sahəsi olan Balaxanı Sənaye Parkında rezident kimi qeydiyyatdan keçərək fəaliyyət göstərən “ATAPACK” MMC-nin müasir standartlara cavab verən qablaşdırma zavodu fəaliyyətə başlayıb. 

QSC-dən aldığımız məlumata əsasən, bu sənaye parkında qeydiyyat­dan keçən 25 rezidentin ətraf mühitin mühafizəsinə, tullantıların azaldılmasına xidmət edən fəaliyyəti, eyni zamanda “yaşıl iqtisadiyyat”ın inkişafına da töhfə verir. Belə müəssisələrdən biri də “Atapa­ck” MMC-dir. 

Qablaşdırma və “flekso” etiket isteh­salı sahəsində fəaliyyət göstərən MMC 2018-ci ildə rezident kimi qeydiyyatdan keçərək Balaxanı Sənaye Parkında isteh­sal sahəsinə 7 milyon investisiya qoyub. Müasir avadanlıqları tətbiq etməklə isteh­sal imkanlarını genişləndirən müəssisədə 70 yeni iş yeri yaradılıb. “Atapack” MMC ölkədə əsasən su və qazlı içkilərin isteh­salı ilə məşğul olan yerli, eləcə də qlobal şirkətlərin böyük bir qisminin etiketlərini istehsal edir. 

Yeni istifadəyə verilən istehsal sahəsi bu imkanları daha da artıracaq və müəs­sisə yerli bazarla yanaşı ixrac imkanları­nı da genişləndirəcək. Balaxanı Sənaye Parkında fəaliyyət göstərən digər rezi­dentlər kimi, “Atapack” MMC-nin də əsas prinsiplərindən biri tullantıları azaltmaq və istehsal prosesində ətraf mühitə təsiri minimuma endirməkdir.

XQ

İqtisadiyyat