Cəbrayılda yaşayış kompleksi

post-img

Cəbrayıl şəhərində ilk yaşayış kompleksinin inşasının 2024-cü il ərzində yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) aldığımız məlumatda bildirilib.

Məlumata görə, Cəbra­yıl şəhərində tikilən Cəbrayıl Yaşayış Kompleksinin ümu­mi sahəsi 7,87 hektar təşkil edir. Yaşayış kompleksi 33 yaşayış binasından ibarətdir. Bu binalarda, ümumilikdə, 712 mənzil olacağı planlaş­dırılır.

Qeyd edək ki, dörd­mərtəbəli və beşmərtəbəli binalarda mənzillərin 8-i bi­rotaqlı, 136-sı ikiotaqlı, 8-i ikiotaqlı studio tipli, 392-si üçotaqlı, 168-i isə dördotaqlı olacaq. Bi­rotaqlı mənzillərin sahəsi 40-50 kvadrat­metr, ikiotaqlı mənzillərin sahəsi 55-90 kvadratmetr, ikiotaqlı studio tipli mənzil­lərin sahəsi 98-100 kvadratmetr, üçotaq­lı mənzillərin sahəsi 90-108 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 110-120 kvadratmetr təşkil edəcək.

Altı kvartaldan ibarət kompleksdə bü­tün mənzillər tam təmirli olacaq, mətbəx mebeli və qaz plitəsi, su, qaz və elektrik sayğacları ilə təchiz ediləcək.

Yaşayış binaları ilə yanaşı, ərazidə park, sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, istirahət guşələri, uşaq oyun və idman meydança­ları da istifadəyə veriləcək.

XQ

İqtisadiyyat