Qarabağ layihələri Azərbaycanın güc və qüdrətini təcəssüm etdirir

post-img

Ölkəmiz erməni vandalların yıxdığı bölgəni təkbaşına dikəldir

Artıq 3 ildən çoxdur ki, ölkəmizin işğaldan azad olunan torpaqlarında bərpa-quruculuq layihələri Böyük Qayıdış üzrə strateji çərçivədə həyata keçirilir. Keçmiş məcburi köçkün­lərin dayanıqlı məskunlaşdırılması həmin ərazilərdə planlaşdırılan zəruri ilkin şərtlərin yaradılması ilə dəstəklənir, yəni yaşayış sahələrinin təhlükəsizlik sistemi və infrastruk­turla tam şəkildə əhatələnməsi qarşıya mühüm vəzifə kimi qoyulur. 

Yeni şəhərsalma prinsipləri nəzərə alınmaqla düşməndən təmizlənən Qarabağ və Şərqi Zən­gəzur iqtisadi rayonlarında yaşayış və qeyri-ya­şayış komplekslərinin inşası sürətlə aparılır. Bu prosesdə isə əsasən, “ağıllı şəhər və ağıllı kənd” konsepsiyalarının gerçəkləşdirilməsi önə çəkilir. 

Bölgədə iqtisadiyyatın sürətli bərpası və da­yanıqlı inkişafı, o cümlədən, rəqabətli istehsal sahələrinin səmərəli fəaliyyəti müasir infrast­rukturun qurulması ilə gerçəkləşdirilir. Prioritet istiqamətlərdə sahibkarlara geniş çeşidli sti­mullar verilir, vergi-gömrük azadolmaları və güzəştli maliyyələşmə prinsipləri geniş tətbiq olu­nur, kreditlərin və investisiyaların sığortalanması mexanizmi yaradılması diqqətdə saxlanılır. Ekoloji təmiz və iqtisadi cəhətdən səmərəli bərpaolunan enerji mənbələrindən istifadəyə geniş yer ayrılır. Nəticədə, ümumi məhsul buraxılışında, ixracda və məşğulluqda işğaldan azad edilən ərazilərin payı davamlı şəkildə artır. Bu, statistik göstəricilərdə də öz ifadəsini tapır.

Dövlət Statistika Komitəsinin məlu­matına görə, 2023-cü ildə Azərbaycan üzrə statistik vahidlərin 3,1 faizi, kiçik, orta və iri sahibkarlıq subyektlərinin 2,6 faizi, fərdi sahibkarlıq subyektlərinin 6,8 faizi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında qeydə alınıb, yatırılan in­vestisiyaların 31,7 faizi, pərakəndə ticarət dövriyyəsinin 2,4 faizi, sənaye istehsalı­nın 0,4 faizi, ictimai iaşə dövriyyəsinin 2,1 faizi bu rayonların payına düşüb.

Yanvarın 1-nə fərdi sahibkarlar istisna olmaqla dövlət reyestrində qeydiyyatdan keçmiş statistik vahidlərin sayı 2023-cü ilin əvvəli ilə müqayisədə Qarabağ iqtisa­di rayonunda 3,9 faiz artaraq 5041, Şərqi Zəngəzur iqtisadi rayonunda isə 7,3 faiz artaraq 1128 olub. 

Hesabat ili ərzində işğaldan azad edil­miş rayonlarda 147 yeni müəssisə və təş­kilat, 2662 yeni fərdi sahibkarlıq subyekti yaradılıb. Əvvəlki illə müqayisədə yeni yaradılan müəssisə və təşkilatların sayı 45,5 faiz, fərdi sahibkarlıq subyektlərinin sayı 23,4 faiz yüksəlib. Belə ki, 2022-ci ildə düşməndən təmizlənən rayonlarda 101 yeni müəssisə və təşkilat, 2157 yeni fərdi sahibkarlıq subyekti fəaliyyətə baş­layıb. Xatırladaq ki, hesabat dövründə ən çox müəssisə və təşkilat Ağdam (35), Cəbrayıl (22) və Laçın (19) rayonlarında açılıb.

Ötən il Azərbaycanda pərakəndə ti­carət dövriyyəsinin 2,4 faizi, başqa söz­lə, 1 milyard 420 milyon manatı Qarabağ iqtisadi rayonunun payına düşüb. Bu isə 2022-ci illə müqayisədə 4 faiz çoxdur. İl ərzində Ağcabədi rayonu üzrə pərakən­də ticarət dövriyyəsi 382 milyon 81 min manat (illik 0,9 faiz çox), Ağdam üzrə 83 milyon 929 min manat (illik 16,9 faiz çox), Bərdə rayonunda 637 milyon 931 min ma­nat (illik 6,2 faiz çox), Füzulidə 89 milyon 398 min manat (illik 8,3 faiz çox) olub.

Hesabat dövründə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına 6,4 mil­yard manat investisiya yatırılıb. İl ərzində Qarabağda əsas kapitala 2 milyard 438 milyon 21 min manat vəsait yönəldilib. Bunun 2 milyard 362 milyon 675 min ma­natı və yaxud 96,9 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. İqtisadi rayon üzrə ən çox investisiya 623 milyon 158 min ma­nat olmaqla Şuşa rayonuna yatırılıb. Bu da Qarabağ üzrə ümumi investisiyaların 25,6 faizini təşkil edib. Həmin vəsaitin 614 milyon 563 min manatı və yaxud 98,5 faizi tikinti-quraşdırma işlərinə xərclənib.

2023-cü ildə Xankəndi şəhərində əsas kapitala 31 min 500 manat investi­siya yönəldilib. Bu göstərici Ağdamda 568 milyon 374 min manat, Füzulidə 677 mil­yon 174 min manat, Xocalıda 304 milyon 223 min manat, Xocavənddə 113 milyon 951 min manat olub. Şərqi Zəngəzur iqti­sadi rayonu üzrə isə əsas kapitala yönəl­dilmiş vəsaitin məbləği 3 milyard 955 mil­yon 190 min manat təşkil edib. Bunun 3 milyard 749 milyon manatı və yaxud 94,8 faizii tikinti-quraşdırma işlərinə sərf edilib.

Dövlət Statistika Komitəsinin məlu­matına əsasən, ötən il Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında, ümumilik­də, 261 milyon 712 min manat həcmin­də sənaye məhsulu istehsal olunub. Bu göstəricinin 242 milyon 860 min manatı Qarabağ iqtisadi rayonunun payına dü­şüb. 

İl ərzində sənaye sektoru üzrə ÜDM-in həcmi Ağcabədi rayonunda 76 milyon 70 min manat, Bərdədə 72 milyon 967 min manat, Ağdamda 30 milyon 728 min manat, Tərtərdə 28 milyon 680 min ma­nat, Füzulidə 26 milyon 772 min manat, Şuşada 6 milyon 496 min manat, Xo­cavənddə 1 milyon 19 min manat, Xocalı rayonunda isə 124 min manat təşkil edib.

Hesabat dövründə Şərqi Zəngəzur iqtisadi rayonunda 18 milyon 852 min manat həcmində sənaye məhsulu isteh­sal edilib. Bu iqtisadi rayonda ən çox sə­naye istehsalı 11 milyon 189 min manat həcmlə Laçın rayonunda olub. Cəbra­yıl rayonunda sənaye istehsalı 3 milyon 344 min manat, Kəlbəcərdə 2 milyon 7 min manat, Qubadlıda 1 milyon 187 min manat, Zəngilanda isə 1 milyon 124 min manat təşkil edib. Ümumilikdə, 2023-cü ildə Azərbaycanda 66 milyard 619 milyon 55 min manat həcmində sənaye məhsulu istehsal olunub.

Ötən il Qarabağ iqtisadi rayonunda 411min ton dənli və dənli paxlalı bitkilər (illik 0,04 faiz çox) istehsal edilib. Şərqi Zəngəzur iqtisadi rayonunda isə həmin göstərici isə 20 min ton olub. Şərqi Zəngəzurun heyvandarlıq sahəsində də müsbət rəqəmlər qeydə alınıb. Belə ki, hesabat dövründə adı çəkilən iqtisadi ra­yonda 96 min 169 iribuynuzlu mal-qara, o cümlədən 44min 38 inək və camış olub ki, bu da illik müqayisədə müvafiq olaraq 2,2 faiz və 1,6 faiz çoxdur.

Ötən il Qarabağ iqtisadi rayonu üzrə avtomobil nəqliyyatı ilə 4 milyon 368 min ton, Şərqi Zəngəzur iqtisadi rayonu üzrə isə 869 min ton yük daşınıb. Bu isə 2022-ci illə müqayisədə müvafiq olaraq 6 faiz və 9 faiz çox təşkil edib. 

Hesabat dövründə sözügedən iqtisadi rayonlarda yeni iş yerlərinin yaradılması da diqqət mərkəzində saxlanılıb. Belə ki, ötən il Qarabağ iqtisadi rayonunda 984 yeni iş yeri açılıb. Bu da 2022-ci illə müqa­yisədə 7 faiz çox olub. Şərqi Zəngəzurda isə hesabat dövründə illik müqayisədə 3,4 dəfə çox, yəni 751 yeni iş yeri açılıb.

Qeyd edək ki, ötən il Ağdam rayonunda Bərdə-Ağdam, Füzuli-Hadrut, Şükürbəy­li-Cəbrayıl-Hadrut, Talış-Tapqaraqoyun­lu-Qaşaltı sanatoriyası avtomobil yolları, “Cəbrayıl” və “Hadrut” qovşaq elektrik yarımstansiyaları, Cəbrayıl, Füzuli və Xo­cavənddə Rəqəmsal İdarəetmə mərkəz­ləri, Kəlbəcər rayonunda hərbi hospital, “Qamışlı”, “Meydan”, “Çıraq-1”, “Çıraq-2”, “Soyuqbulaq”, “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyaları, Laçın rayonunda “Qorçu” yarımstansiyası, “Laçın” şəhər yarımstansiyası, “Həkəri Balıq Təsərrü­fatı”, Laçın rayonunun sənaye zonasında mebel fabriki, Şuşa rayonunda Zarıslıçay nasos stansiyası, Şuşa Elektrik Şəbəkələ­rinin İnnovativ Texnologiyalar Mərkəzi, Şuşa Hotel-Konqres Mərkəzi Komplek­si, Şuşa Yaradıcılıq Mərkəzi, “Yasəmən” hoteli, Yuxarı Gövhər Ağa və Saatlı məs­cidləri, Milli Xalça Muzeyinin Şuşa filialı, Mehmandarovların malikanə kompleksi, Zəngilan Konqres Mərkəzi Kompleksi və digər mühüm əhəmiyyətli obyektlər istifa­dəyə verilib.

Vaqif BAYRAMOV
XQ



İqtisadiyyat