Bu ilin yanvar ayında Azərbaycanda 406 ədəd minik avtomobili istehsal olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, fevralın 1-nə ölkədə 266 ədəd hazır məhsul ehtiyatı yaranıb. Ümumilikdə isə, Azərbaycanda 50,8 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib. 2023-cü ilin yanvar ayı ilə müqayisədə maşın və avadanlıqların istehsalı eyni səviyyədə qalıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 54,1 faiz artıb, sair nəqliyyat vasitələrinin istehsalı isə 66,5 faiz azalıb.
Bildirilib ki, yanvar ayında Azərbaycanda 49 ədəd traktor istehsal edilib, fevralın 1-nə 10 ədəd hazır məhsul ehtiyatı yaranıb. Bundan əlavə, hesabat dövründə ölkədə 63 ədəd yük avtomobili istehsal edilib ki, bu da əvvəlki ilin eyni ayı ilə müqayisədə 57,5 faiz çoxdur.
XQ