Meyvə-tərəvəz ixracı 21 faiz çoxalıb

post-img

2024-cü ilin yanvar ayı ərzində Azərbaycan 54 milyon 611 min dollar dəyərində 49 min 606 ton meyvə-tərəvəz ixrac edib. Dövlət Gömrük Komitəsinin hesabatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 21,2 faiz və ya 9,5 milyon dollar, həcmi isə 21 faiz və ya 8,6 min ton artıb. 

Qeyd edək ki, hesabat dövründə əsas ixrac olunan meyvə-tərəvəz məhsulları 17 milyon dollar dəyərində xurma (21 min ton), 16,5 milyon dollar dəyərində tomat (11,8 min ton), 10,4 milyon dollar dəyərində meşə fındığı (1782 ton), 6,1 milyon dollar dəyərində alma (9,4 min ton ), 1,4 milyon dollar dəyərində nar ( 1709 ton), 88 min dollar dəyərində kartof (285 ton) olub.

Əlavə edək ki, cari ilin yanvar ayında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 2,96 faizə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 24,59 faizə   çatıb.

XQ

İqtisadiyyat