1 ildə 30 min yeni yaşayış evi

post-img

2023-cü ildə respublikamızda ümumi sahəsi 2 milyon 511 min kvadratmetr olan 22 min 910 ədəd yaşayış evi tikilib istifadəyə verilib.

Dövlət Statistika Komitəsinin he­sabatına əsasən, keçən il 2022-ci illə müqayisədə tikilən evlərin sayı 1,6 faiz azalıb. Belə ki, 2022-ci ildə ümumi sahəsi 2 milyon 592 min kvad­ratmetr olan 23 min 289 ədəd yaşayış evi tikilib istifadəyə ve­rilmişdi.

Qeyd edək ki, ötən il tikilib istifadəyə verilən bina evlərinin sayı 12 min 685-ə, fərdi yaşayış evlərinin sayı isə 10 min 225-ə çatıb.

Əlavə edək ki, bu mənzil­lərin 10 min 225-i əhali tərəfin­dən, 10 min 223-ü qeyri-dövlət müəssələri tərəfindən, 2 min 472-si isə dövlət müəssələ­ri tərəfindən tikilib. Hesabat dövründə 6 min 586 şagirdlik 6 ümumi təhsil müəssisəsi və 240 yerlik 1 mək­təbəqədər təhsil müəssisəsi istifadəyə verilib.

XQ

İqtisadiyyat