Aylıq inflyasiya – 1,7 faiz

post-img

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar ayında ölkədə istehlak qiymətləri indeksi əvvəlki ilin eyni dövrünə nisbətən 101,7 faiz olub. Hesabat ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə 0,7 faiz, qeyri-qida məhsulları üzrə 1,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 3,2 faizlik bahalaşma qeydə alınıb. Cari ilin ilk ayında ölkədə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 faiz təşkil edib. 

Ötən ay qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indek­si dekabra nisbətən 101,1 faiz təşkil edib. Ayrı-ayrı qida məh­sullarından daha çox artım dü­yünün, qoyun və toyuq ətinin, təzə balığın, südün, yumurta­nın, zeytun yağının, naringinin, limonun, bananın, almanın, na­rın, xiyarın, pomidorun, balqa­bağın, sarımsağın, soğanın, kartofun, yerkökünün, şəkərin, konfetlərin, meyvə şirəsinin, spirtli içkilərin, tütün məmulat­larının, azalma isə əsasən manna və qarabaşaq yarmasının, unun, çörəyin, mal ətinin, süfrə marqarininin, günə­baxan və qarğıdalı yağlarının, portağa­lın, çuğundurun, şəkər tozunun qiymət­lərində müşahidə olunub. 

Ay ərzində qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksində isə 0,1 faizlik artım qeydə alınıb. Bu növ məhsullarda artım, əsasən, qəzetlərin, şampunların, diş pastalarının, kəsilmiş taxtaların, azalma isə kərpicin, kondisi­onerlərin və yazı kağızlarının qiymətlə­rində müşahidə olunub. Yanvarda əha­liyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətlərində heç bir dəyişiklik baş verməyib. 

XQ

İqtisadiyyat