“Qarabağ büdcəsi” 2 milyard manat da artıb

post-img

2023-cü ildə azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 5 milyard 984 milyon 157 min manat vəsait sərf edilib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu göstəricinin həcmi ötən illə müqayisədə 53,9 faiz və ya 2 milyard 96 milyon manat çoxdur. Belə ki, 2022-ci ildə işğalçıdan təmizlənən ərazilərdə tikinti-quraşdırma işlərinə 3 milyard 887 milyon manat vəsait yönəldilib.

Qeyd edək ki, bu dövrdə bərpa la­yihələrinə yönəldilən vəsait 2022-ci illə müqayisədə Laçında 5,4 dəfə, Kəlbə­cərdə 2,2 dəfə, Ağdamda 76,6 faiz, Qu­badlıda isə 63,5 faiz artırılıb.

Əlavə edək ki, hesabat dövründə ən çox vəsait Laçın ( 1 milyard 502 milyon manat), Kəlbəcər ( 874 milyon manat) və Füzuli ( 6578 milyon manat) rayonlarına ayrılıb.

XQ

İqtisadiyyat