Aqrosənaye ixracı artıb

post-img

Ötən il Azərbaycandan ayrı-ayrı xarici ölkələrə 1 milyard 135 milyon dollar məbləğində aqrar və aqrar-sənaye məhsulları ixrac edilib. Bu barədə İxra­cın və İnvestisiyaların Təşviqi Agentliyinin icraçı direktoru Yusif Abdullayev məlumat verib. 

Onun sözlərinə görə, ümumi aqrar ixracının 878 milyon dolları emal edil­məmiş kənd təsərrüfatı məhsullarının payına düşüb. İl ərzində ölkədən 127,2 milyon dollarlıq xurma, 119,6 milyon dollarlıq təmizlənmiş fındıq, 57,2 mil­yon dollarlıq alma, 51,5 milyon dollarlıq şaftalı və nektarin, 44,6 milyon dollarlıq albalı və gilas, 30,6 milyon dollarlıq nar ixrac olunub. Əvvəlki illə müqayisədə xurma, təmizlənmiş fındıq, alma, şaftalı və nektarin, albalı və gilas ixraçında ar­tım qeydə alınıb, nar ixracı isə bir qədər azalıb. 

Bununla yanaşı, ötən il ölkədən 257 milyon dollar məbləğində emal olun­muş kənd təsərrüfatı məhsulları ixrac edilib.

İqtisadiyyat