Gürcüstanın ölkəmizə ixracı artır

post-img

2023-cü ildə Gürcüstanın Azərbaycana ixracı 2022-ci illə müqayisədə 28 faiz artaraq 862,07 milyon dollar təşkil edib. 

Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin təqdim etdiyi statistik məlumatda deyilir.

Hesabat dövründə Azərbaycana ixrac ölkənin ümumi ixracının 14,2 faizini təşkil edib.

Bu göstəricilərə görə, Azərbaycan ötən il Gürcüstanın ən çox mal və məhsul ixrac etdiyi ölkə olub.

 

Rizvan FİKRƏTOĞLU

XQ

İqtisadiyyat