Qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 898 minə çatıb

post-img

Son 5 il ərzində həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub.

Dövlət Vergi Xidmətinə istinadla xəbər verilir ki, iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində görülən tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 406,9 min vahid artıb və 2024-cü il yanvar ayının 1-nə 1 milyon 808,8 min olub.

Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 358 min artaraq 897,9 minə çatıb.

İqtisadiyyat