Dəmir yolu ilə sərnişin daşımaları 40 faiz artıb

post-img

2023-cü ilin yanvar–noyabr aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 16,7 milyon ton yük və 6 milyon 342,3 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 1,8 faiz azalma baş versə də, sərnişin daşınmasında 39,9 faiz artım müşahidə olunub. Məlumata görə, hesabat dövründə orta hesabla sutkada 366 vaqon yüklənib, 424 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 18,5 min ton, Qərb istiqaməti üzrə 2,7 min ton, Cənub istiqaməti üzrə isə 0,6 min ton yüklənmə işi yerinə yetirilib.

XQ

İqtisadiyyat