Nəqliyyat sektorunun ÜDM-də payı 6 milyard manatdan çoxdur

post-img

Azərbaycan iqtisadiyyatının 6 faizi nəqliyyat sektorunun payına düşür. Bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin departament müdiri Xudayar Həsənli “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” adlı konfrans çərçivəsində keçirilən “Dəyişən nəqliyyat və logistika xəritəsində iddialı yer tutan Azərbaycan: Sənayenin yeni bacarıq və səriştə ehtiyacları” mövzusunda panel iclasında deyib.

O bildirib ki, 2023-cü ilin 10 ayın­da ÜDM-də nəqliyyat sektorunun payı 6,3 milyard manat təşkil edib. Avropa ölkələrində nəqliyyat sektorunun iqti­sadiyyatda payının 8-9 faiz olduğunu vurğulayan departament müdirinin söz­lərinə görə, Azərbaycanda bu rəqəmin hazırda 6 faiz təşkil etməsinə baxma­yaraq, sözügedən sahədə imkanlar daha çoxdur. 

XQ

İqtisadiyyat