İnflyasiya 9,4 faizə enib

post-img

Bu ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi ötən ilin müvafiq dövrünə nisbətən 109,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 110,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 108,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 108,6 faiz təşkil edib.

Dövlət Statistika Komitəsinin mə­lumatına görə, cari ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,8 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 102,6 faiz olub. Hesa­bat dövründə ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiy­mətləri indeksi əvvəlki aya nisbətən 99,6 faiz, ötən ilin noyabr ayına nis­bətən isə 101,5 faiz təşkil edib.

2023-cü ilin noyabr ayında qeyri-ər­zaq məhsulları üzrə istehlak qiymət­lərində əvvəlki aya nisbətən dəyişiklik qeydə alınmasa da, əvvəlki ilin eyni ayı ilə mqayisədə 3,1 faiz artım müşahidə olunub. 

Ötən ay əhaliyə göstərilmiş ödə­nişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,9 faiz, ötən ilin noyabr ayına nisbətən 104 faiz olub. Noyabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödə­nişli xidmətlərdən ucuzlaşma, əsasən, hava nəqliyyatı ilə beynəlxalq sərni­şindaşıma xidmətlərinin qiymətlərində, bahalaşma isə mənzillərin icarə haqla­rında müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində isə ciddi də­yişikliklər baş verməyib.

XQ

İqtisadiyyat