Texniki Universitetdə “Enerji söhbətləri”

post-img

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) həyata keçirdiyi “Enerji söhbətləri” layihəsi çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) seminar keçirilib. Tədbirdə Energetika Nazirliyinin, EMTA-nın nümayəndələri, AzTU-nun professor-müəllim heyəti, tədqiqatçılar, magistrant və tələbələr iştirak ediblər.

Seminarı giriş sözü ilə açan Az­TU-nun tədris işləri üzrə prorektoru, professor Nurəli Yusifbəyli qurumlara­rası qarşılıqlı əməkdaşlıq əlaqələrinin və bu kimi görüşlərin əhəmiyyətindən danışıb.

Agentliyin müşaviri Zeynab Kazı­mova AzTU ilə agentlik arasında möv­cud əlaqələrdən söz açaraq bu əmək­daşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib.

Energetika Nazirliyinin mətbuat sektorunun müdiri Cahid Mikayılov nazirliyin fəaliyyət istiqamətləri barədə görüş iştirakçılarına ətraflı məlumat ve­rib.

Sonra EMTA-nın strateji planlaşdır­ma və innovasiyalar şöbəsinin müdiri Hikmət Həsənov “Kommunal xidmət­lərin dövlət tənzimlənməsi“, AzTU-nun doktorantı Elbəy Rüstəmzadə isə “Azərbaycanda enerji sisteminin idarə olunmasının enerji 4.0 modelinə trans­formasiyası” mövzularında təqdimatla çıxış ediblər.

Müzakirə formatında reallaşan se­minar maraq doğuran sualların cavab­landırılması ilə yekunlaşıb.

XQ

İqtisadiyyat