Bakıda Azərbaycan-Türkiyə investisiya forumu keçiriləcək

post-img

Dekabrın 21-də Bakıda Azərbaycan-Türkiyə investisiya forumu keçiriləcək. Bu  barədə “Türkiyə və Azərbaycan Sahibkarlar və Sənayeçilər” İctimai Birliyi (TÜİB) məlumat verib.

Forum İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və TÜİB tərəfindən birgə təşkil olunacaq. Tədbir Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin ticarət naziri Ömər Bolat və Türkiyə Prezidenti Administrasiyasının maliyyə şöbəsinin rəhbəri Heksel Aşanın iştirakı ilə keçiriləcək.

Tədbir Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunub. Forumda iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı strateji məsələlər müzakirə olunacaq. Tədbirdə iş dünyası liderlərinin, investorların iştirakı gözlənilir.

 

Rizvan FİKRƏTOĞLU

XQ

İqtisadiyyat